8 avq 2023 00:43
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə avqustun 9-da Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Metbuat.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iclasda terrorla mübarizə, Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü müzakirə olunacaq.