11 avq 2023 09:23
Türkiyənin Bingöl vilayətində zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Karlıova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7.4 kilometr dərinlikdə olub.