METBUAT.AZ

Dünya

Türkiyədən gözlənilməz həmlə -

18 avq 2023 09:25

Ankara Liviyada yerləşən Əl-Xums limanını hərbi məqsədlər üçün istifadə etmək məqsədilə 99 il müddətinə icarəyə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən Rusiya Araşdırmaları İnstitutu Liviya mənbələrinə istinadən məlumat verib. İddialara görə, Liviya Türkiyə ilə “birlik dövləti” modeli quraraq, başda ordu olmaqla iqtisadi və mədəni birlik qurmağı hədəfləyir. Bundan əlavə, Liviya ölkədən ixrac edilən təbii qaz və neftin Türkiyə üzərindən bazara çıxarılmasını və bu məqsədlə strategiyanın yaradılmasını istəyir. Həmçinin Liviyada Türk dilinin ikinci dil kimi tədris edilməsi barədə razılıq var. Bu məqsədlə Türkiyədən Liviyaya müəllimlərin göndərilməsi nəzərdən keçirilir.

Razılaşmaya görə, Liviyanın Əl-Xums limanın yerləşdiyi ərazidə ticarət gəmilərinin təhlükəsizliyindən Türkiyə məsuliyyət daşıyacaq. Bu məqsədlə Türkiyə Hərbi Dəniz Qüvvələri bölgədə hərbi baza qurur. Bu bazadakı hərbçilər Aralıq dənizində təhlükəsizlik məsələlərinə diqqət edəcək. Türkiyənin Sirte limanını da icarəyə götürəcəyi və bölgədəki terrorçu qüvvələri təmizləyəcəyi iddia edilib.


metbuat.az.