METBUAT.AZ

Region

Ukraynanın vəzifəli şəxsi Ermənistanda faciəvi şəkildə

14 avq 2023 11:17

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb. Qeyd olunub ki, növbətçi xilased icilər sahildən 25 metr aralıda göldə bir nəfərin itdiyini görüblər.

Xilasedicilər həmin şəxsi sudan çıxarıblar. Təcili yardım gələndə onun öldüyünü təsdiqləyib.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Sençenko 2022-ci ildən Ermənistanda diplomatik xidmətdədir.



metbuat.az.