18 avq 2023 09:25
"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər."
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Bu qərara müvafiq olaraq Şuşa Rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən 4 vahid geyim formasından birini seçib.
Məktəbin direktoru Cəmilə Əhmədova məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər:
"Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır".