24 avq 2023 11:24
Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq Assosiasiyasının sədri Viktor Krivopuskovun İrəvanın Zvartnots beynəlxalq hava limanından Ermənistan sərhədini keçməsinə icazə verilməyib.
Metbuat.az "Sputnik Armenia"ya stinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, Krivopuskov cümə axşamı səhər tezdən Moskvadan Zvartnots hava limanına gəlib.
TASS-a danışan Viktor bildirib onu Ermənistan üçün arzuolunmaz şəxs elan ediblər: "Pasportumu əlimdən aldılar. Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşürəm ki, mənim üçün sərhədi açmasalar, pasportumu qaytarmayacaqlar. Dedilər ki, bu gün Moskvaya qayıdın".
Qeyd edək ki, Viktor Krivopuskov 2009-2013-cü illərdə Rossotrudniçestvo (Rusiyanın Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi) Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.