METBUAT.AZ

Ölkə

Vilayət Eyvazov onu rəis təyin etdi

29 avq 2023 00:26

Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ceyhun Mustafayev vəzifədən azad edilib.

Digər əmrlə C.Mustafayev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqat bölməsinə rəis təyin olunub./Modern.az


metbuat.az.