20 avq 2023 09:02
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.
Metbuat.az xəbər verir ki, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə yerli komandaya uduzub.
İlk turda Çexiyanı üstələyən (3:0) Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara - 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.
Qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveçə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 20-də Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar | O | Q | M | T-F | X | |
1 | Almaniya | 2 | 2 | 0 | 6-1 | 6 |
2 | Türkiyə | 1 | 1 | 0 | 3-0 | 3 |
3 | Azərbaycan | 2 | 1 | 1 | 4-3 | 3 |
4 | Yunanıstan | 2 | 1 | 1 | 3-4 | 3 |
5 | Çexiya | 1 | 0 | 1 | 0-3 | 0 |
6 | İsveç | 2 | 0 | 2 | 1-6 | 0 |