METBUAT.AZ

Dünya

Vyetnam və Tayvan arasında ərazi mübahisəsi

29 avq 2023 15:04

Vyetnam Tayvandan Cənubi Çin dənizində təlimləri dayandırmasını tələb edib.

Metbuat.az xəbər verir ki, bu barədə Vyetnamın Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Tayvandan Cənubi Çin dənizindəki mübahisəli Spratli adalarının bir hissəsi olan İtu Aba adası ətrafında təlimləri dayandırması tələb edilir. Bildirilir ki, Tayvan yanğınsöndürənləri Itu Aba adasının ətrafında təlim keçirməklə Vyetnamın bölgədəki suverenliyini pozub.Təlimlərin bölgədə sülh və dəniz təhlükəsizliyini təhdid etdiyi qeyd edilir.

Açıqlamada deyilir ki, Cənubi Çin dənizindəki təlimlər xaotik vəziyyəti daha da çətinləşdirir. “Biz Tayvanın bölgədəki fəaliyyətinə qarşıyıq və ondan bu cür pozuntuların təkrarlanmamasını tələb edirik” – açıqlamada deyilir.


metbuat.az.