METBUAT.AZ

Siyasət

Xankəndinin qapısında hümanitar missiya:

30 avq 2023 14:34

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı neqativ münasibət göstərməyə başlayıblar.

Qarabağda yaşayan separatçı David Minasyan facebook səhifəsində yazıb ki, onların Türk çörəyinə əsla ehtiyacları yoxdur.

Vəziyyəti Metbuat.az-a şərh edən politoloq Samir Hümbətov deyir ki, Azərbaycan hümanitar yardım etməklə ərazinin bizə məxsus olduğu mesajını vermiş oldu:


“Orada humanitar böhran yoxdur. Əgər humanitar böhran olsaydı o zaman bu yardımı hümanitar yardım adlandırmaq olardı. Qarabağda yaşayan erməniəssili şəxslərə yardım karvanını göndərmək Azərbaycanın tam suveren hüququdur. Erməni mediası həmçinin isə avtomobillərin seriya nömrəsinə diqqət çəkib. Ermənilər iddia ediblər ki, Azərbaycanı humanitar yardım göndərdikləri yük avtomobillərinin seriyası "44"-dür və bu 44 günlük müharibədəki qələbəni simvolizə edir. Qeyd edim ki, logistik nəqliyyat əlaqələri zamanı seriya nömrələrini bu formada izah etmək absurd düşüncədir. Burada istənilən seriya nömrəsi ola bilərdi, əsas diqqət Azərbaycanın Azərbaycanın Xankəndi bölgəsinə yardım etməsinə yönəlməlidir. Hesab edirəm ki, orada yaşayan ermənilər bu karvanı qəbul edəcəklər. Hazırda atdıqları addım isəşou göstərib dünyanın diqqətini cəlb etməkdən ibarətdir.Bunun nəticəsində onlar üçün problem yarana bilər. Çünki Azərbaycan Laçın yolunu onlar üçün istifadəyə verməyəcək. Yeganə yol Ağdam –Xankəndi marşrutu üzrədir. Separatçıların istəyindən asılı olmayaraq bölgəyə humanitar yüklərin daşınması ancaq Azərbaycanın əli ilə həyata keçirilə bilər. Burada başqa alternativ yoxdur”.

Ermənistanın "Hraparak" nəşri yazır ki, barədə Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib ki,Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif etsələr də, separatçı dəstə bunu qəbul etməyib. David İşxanyan həmçinin qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin təzə komandanının Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da bildirib.

Siyasi şərhçi Asif Nərimanlının qənaətinə görə, Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olma ehtimalı istisna edilməməlidir:


“Rusiyanın ikili oynayır. Bir tərəfdən, Bakının qarşısını kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı, Ağdam yolunun da açılmasını dəstəkləyir; digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə “erməni əhalisi yardımı qəbul etmir” görüntüsü yaradır. Və bununla azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb.Ümumiyyətlə, iddia edilən kimi “humanitar fəlakət” varsa, separatçılar Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, deməli, manipulyasiya etdikləri təsdiqlənir. Bakı Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.