METBUAT.AZ

İdman

Xorvatiya millisinin qapıçısı

20 avq 2023 22:21

Türkiyənin "Fənərbağça" klubu Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçin keçidini həll etməyə yaxındır.

Metbuat.az bildirir ki, xorvatiya mediası transferin bu həftə sonlanacağını yazıb. İstanbul təmsilçisi qapıçı üçün 9+1 milyon avro ödəyəcək. Qısa müddət içində tibbi müayinədən keçəcək Livakoviç ilə 4+1 illik müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, "Fənərbağça"nın əsas qapıçısı olan Altay Bayandırın performansı son zamanlar müzakirə mövzusudur.


metbuat.az.