11 avq 2023 10:40
Yaponiyanın şimalındakı Hokkaydo sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb. Zəlzələnin yerin 39,3 kilometr altında meydana gəldiyi bildirilib.
Sunami xəbərdarlığı edilməyib.