11 avq 2023 15:08
Astroloqlar mərhəmətli bürclərin siyahısını tərtib ediblər. Onlar qarşılıqlı münasibətlərdə daha həssas, daha anlayışlı və daha qayğıkeş sayılırlar.
Metbuat.az həmin bürclər haqqında məlumatı təqdim edir:
Xərçənglər ailələrinə və yaxınlarına qarşı böyük həssaslıq göstərə bilərlər. Güclü hissləri sayəsində başqalarının emosional vəziyyətlərini başa düşməkdə çətinlik çəkmirlər.
Mərhəmətli bürclərdən biri də Tərəzilərdir. Bu bürcün nümayəndələri ədalətli və itaətkar olmağa meyllidirlər. Münaqişələri həll etməyə olduqca böyük qabiliyyətləri var.
Balıqlar bürcü emosional olaraq dərin və həssas olurlar. Digər insanların emosional ehtiyaclarına diqqət yetirirlər və kömək etməkdən həzz alırlar.
Aidə /Metbuat.az