21 avq 2023 10:00
Artıq yeni tədris ilinin başlnamasına sayılı günlər qalıb. 2023-24-cü tədris ilində məktəbləri yeni vahid forma təşkil ediləcək. Məlumat üçün bildirək ki, həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır.
Metbuat.az bir neçə ünvanda alıcı sıxlığını və hazırda mağazalarda məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıb.
Satıcılar bildirir ki, məktəb ləvazimatlarının qiymətlərində elə bir ciddi dəyişiklik yoxdur. Lakin hələ də bazarda alıcı sıxlığı müşahidə edilmir.
Qiymətlərə gəlincə, hazırda məktəbli çantlarının qimyəti ölçüsündən asılı olaraq 25 manatdan başlayır. 30,40,50 çantalar satışada var. Bundan başqa, nisbətən böyük və rahat daşınması üçün təkərli çantalar isə 140-150 manatdan başlayır.
Şagirdlərin yemək daşıması üçün termoslar 4 manatdan, yemək qabları isə 6 manatdan başlayır.
Dəftərlərin qiymətləri 0,20-1,60 manat arası dəyişir. Sadə qələmlər 0,07-1,60 manat, rəngli karandaşlar 2,50- 13 manat aralığında dəyişir.Daha keyfiyyətli və böyük karandaşların son qiyməti isə 13 manatdır. Rəsmdə istifadə olunan rəngli flamasterlər 90 qəpikdən başlayır. Lövhədə yazı üçün istifadə olan marker isə 60-70 qəpikdir. Plastilinlərin qiyməti nisbətən balaca olanlar 1.10 manat, böyükləri isə 7.60 manatadəkdir.
Xətkeş dəstinin ilkin qiyməti 1.50 manatdan başlayır. Qayçıların ən ucuzu 60 qəpikdən başlayır. Kleylər 30, daha böyükləri isə 90 qəpikdir.
Həmçinin qələm qabları 2.50 manatdan başlayır, daha böyük ölçüdə olanlar isə 5 manatdır. Tək-tək satılan kitab üzləri 20-30 qəpik təşkil edir. Həmçinin satışda hər sinif üçün nəzərdə tutulan kitab üzlərinin ümumilikdə qiyməti 1.50 manatdır.
Bu qiymətlər hazırda bazarda müşahidə edilə edilən rəqəmlərdir. Satıcılar qeyd edir ki, bu il qiymətlərdə hər hansı ciddi artım gözlənilmir.
Gülər Seymurqızı