METBUAT.AZ

Elm və Təhsil

Yeni Xocavənd qəsəbə məktəbinin təmir və inşası ilə bağlı layihənin

30 avq 2023 15:52

Yaponiya hökumətinin Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası ilə bağlı layihəsinin açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, məktəb direktoru Ülfət Nəsirov və digər məktəb nümayəndələri iştirak ediblər.

Bildirilib ki, layihə üçün nəzərdə tutulan ərazi xocavəndli məcburi köçkünlərin məskunlaşması üçün Beyləqan rayonunda salınan yaşayış sahəsidir.

Layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binası inşa ediləcək. Eyni zamanda mövcud məktəb binası qaz istilik sistemi ilə təmin ediləcək.

Bu layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılaraq, bölgələrdə təhsil fərqin düzəldilməsi və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır.


metbuat.az.