1 avq 2023 15:33
"Əldə etdiyimiz məlumata görə, hazırda Yevlaxda rəsmi Bakının nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlıq nümayəndələri arasında görüşün təşkili üzərində iş gedir2.
Metbuat.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb. Qeyd edilib ki, bu görüş heç bir üçüncü ölkədən gəlməyib:
"Təəssüf ki, erməni mətbuatına sızan bəzi məlumatlara görə, indi Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər".