3 avq 2023 14:27
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türk oyunçu Arda Gülərin vəziyyəti barədə danışıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ançelotti gənc oyunçunun zədəsinin danışıldığı qədər ciddi olmadığını deyib:
"Arda Gülərin zədəsi? Bu ciddi problem deyil. Əməliyyat keçirməlidir, ya yox analiz etməyə çalışırıq. Arda maksimum 1 ay yaşıl meydanlardan uzaq qalacaq".
Qeyd edək ki, daha öncə 18 yaşlı futbolçununzədəsinin 2-3 aya sağalacağı, hətta müalicənin 5 aya qədər uzana biləcəyi iddiaları var idi.