1 sen 2023 01:15
“Əgər 2024-cü ildə seçkilər keçirilərsə, yenə prezidentliyə namizəd olacağam”.
Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, ölkə qanunvericiliyinə dəyişliklik etməyə hazırdır. “Mən istəyirəm ki, hər şey şəffaf və qanuni olsun”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, gələn il Ukraynada prezident seçkiləri keçirilməlidir.