METBUAT.AZ

İdman

“Zirə”dən ayrılan futbolçu

11 avq 2023 15:41

“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə bağlanılıb.

Qeyd edək ki, Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.


metbuat.az.