METBUAT.AZ

İdman

1 milyard avroluq imza -

29 sen 2023 16:45

"Real Madrid" fransız ulduzu Eduardo Kamavinqa ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, yeni müqavilədə futbolçunun maaşının xeyli artırılması nəzərdə tutulub. İspaniya mətbuatı Camavinqanın sərbəst qalma məbləğinin 1 milyard avro olacağını yazıb. Tərəflərin detalları razılaşdırdığı deyilir.

Qeyd edək ki, “Real Madrid” 2021-ci "Renn"dən 31 milyon avro qarşılığında heyətinə qatdığı 20 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb. Bununla belə, "Real" futbolçunun başqa kluba transferinin qarşısını almaq üçün 1 milyard avroluq sərbəst qalma bəndini əlavə edərək müqaviləyə yeniləyir. Eduardo Camavinga bu mövsüm "Real Madrid"in heyətində La Liqa və Çempionlar Liqasında 8 matçda meydana çıxıb.


metbuat.az.