15 sen 2023 10:47
Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105 illiyi münasibətilə paylaşım edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter hesabında paylaşım edilib.
“Bakının düşmən işğalından azad edilməsinin 105 illiyi mübarək. Azərbaycan türk qardaşlarımızı tək qoymayan Nuri (Killigil) Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik.
105 il əvvəl olduğu kimi bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir ürək, bir yumruq olacağıq”, - paylaşımda qeyd olunub