7 sen 2023 14:28
Yunanıstanın "Volos" klubu 2 ay əvvəl komandaya qoşulan Dominik Kruzliakın müqaviləsini ləğv edib.
Metbuat.az xəbər verir ki, buna səbəb futbolçunun penaltiyə səbəb olmasıdır. Bildirilir ki, AEK ilə oyunun əlavə dəqiqələrində futbolçu penaltiyə səbəb olub. Penaltini qola çevirən AEK mübarizədən 3-2 hesablı üstünlüklə ayrılıb Bundan qəzəblənən klub rəhbərliyi onu müqaviləsini ləğv edib. “Volos” klubub futbolçu barədə “Ona uğurlar aruz etmirik” deyə açıqlama verib.