20 sen 2023 21:12
"Rus sülhməramlılarının ölümü bölgədə sülh üçün zərbədir".
Metbuat.az bildirir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. O, baş verənlərdə Ermənistanı günahlandırıb:
"Ermənistan imzaladığı bəyanatı yerinə yetirmədi, NATO və Avropa İttifaqında xoşbəxtlik axtarmağı seçdi. Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqdirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir".