7 sen 2023 12:28
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan-ABŞ təlimlərinə münasibət bildirib.
Metbuat.az xəbər verir ki,o bildirib ki, KTMT üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir:
"Ermənistan KTMT-də müttəfiqdir, biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış etmişik və çıxış edirik. Əlbəttə, biz buna diqqət yetirdik. Erməni müttəfiqlərimizin, Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının “Eagle Partner-2023” birgə hərbi təlimlərinin keçiriləcəyini açıqlayıb.