METBUAT.AZ

Dünya

ABŞ F-35 təyyarəsi ilə bağlı xalqdan kömək istədi

18 sen 2023 12:25

ABŞ ordusu qəzaya uğrayan “F-35” təyyarəsinin axtarışlarına başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ ordusundan açıqlama verilib. ABŞ Ordusunun sözçüsü mayor Melani Salinas bildirib ki, Cənubi Karolina ştatının Şimali Çarlston bölgəsində uçarkən pilot F-35 təyyarəsinin nasaz olduğunu bildirib. Pilotun paraşütlə tullanaraq sağ qaldığını deyən Salinas, qəzaya uğrayan F-35 təyyarəsi üçün bölgədə axtarış işlərinə başlanıldığını bildirib.

Axtarış işləri qurudan və havadan davam edərkən, rəsmi qurumlar təyyarənin tapılması üçün yerli əhalidən kömək istəyib.


metbuat.az.