METBUAT.AZ

Dünya

ABŞ Niameydəki hərbçilərini təxliyə etdi

8 sen 2023 11:54

ABŞ Nigerin paytaxtı Niameydən bəzi hərbi personal və texnikanı başqa şəhərə köçürüb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında bildirib ki, Niameydəki 101 saylı hava bazasındakı bəzi hərbi personal və texnika Aqadezdəki 201 saylı hava bazasına aparılıb. Hazırda Nigerdə 1100 ABŞ hərbçisinin olduğunu bildirən Sinqin sözlərinə görə, oradakı ABŞ əsgərləri üçün heç bir təhlükə yoxdur.

"Biz mövqeyimizi dəyişməmişik, mövqeyimiz eynidir. Ümid edirik ki, meydandakı vəziyyət diplomatik yollarla həll olunacaq" - Sabrina Sinq deyib.


metbuat.az.