METBUAT.AZ

Siyasət

ABŞ Senatının komitəsində Qarabağda vəziyyətlə bağlı dinləmələr keçiriləcək

8 sen 2023 15:02

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağda vəziyyətlə bağlı dinləmələr keçiriləcək.

Metbuat.az xəbər verir ki bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, sentyabrın 14-də baş tutacaq dinləmələrdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin çıxışı nəzərdə tutulub.


metbuat.az.