METBUAT.AZ

Ölkə

ADY-dən əhaliyə

8 sen 2023 16:25

2023-cü il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarların maşinistləri bu səbəblərə görə 10 dəfədən çox təcili tormozlama ediblər. Nəticədə qrafikdə gecikmələr yaranıb.

ADY-dan Metbuat.az-a verilən məlumata görə, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daşlar düzülməsi müşahidə olunub. Bu faktlar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə ciddi maneə yaradır.

Xatırladaq ki, qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar.


metbuat.az.