METBUAT.AZ

İdman

AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb

14 sen 2023 13:21

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Qalatasaray" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək Gənclər Liqasının qrup mərhələsinın I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq.


metbuat.az.