METBUAT.AZ

Dünya

​Afrika Birliyi hərbi çevrilişdən sonra Qabonun üzvlüyünü dayandırdı

1 sen 2023 12:30

Afrika Birliyi hərbi çevrilişdən sonra Qabonun təşkilata üzvlüyünü dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Afrika Birliyi açıqlama verib. Açıqlamada Qabondakı çevrilişdən sonra prezident Əli Bonqonun vəzifəsindən uzaqlaşdırılması pislənilib və konstitusiya quruluşunun bərpa edilməsi barədə çağırış edilib.

Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabonda milli televiziya binasına daxil olan bir qrup əsgər hakimiyyəti ələ keçirdiklərini açıqlayıb. Özlərini “Keçid və Bərpa Komitəsi” adlandıran əsgərlər keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıblar. Afrika Birliyi hərbi çevrilişin baş verdiyi Nigerin də üzlüyünü dondurmuşdu.


metbuat.az.