METBUAT.AZ

Hərbi

Ağdam istiqamətində mövqelərimiz atəşə tutuldu

19 sen 2023 08:04

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


metbuat.az.