METBUAT.AZ

Ölkə

Ağdam-Xankəndi avtomobil yoluna elektirik xətti

1 sen 2023 15:20

Ağdam-Xankəndi avtomobil yoluna elektirik xətti çəkilir.

Metuat.az "Trend"ə istinadən xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq.

Hal-hazırda Ağdam-Xankəndi yolu üzərində qurulan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükləri dayandığı əraziyə 110/35/10 kilovotluq Ağdam 2 yarımstansiyasından 1 km yarım məsafədə 10 klovotluq xətt çəkilir.

Bunun üçün 34 işıq dirəyi basdırlmalıdır. Onun 20 ədədi basdırılıb, quyuları qazılıb məftili buraxılıb. İşlərin günun sonuna kimi yekunlaşması nəzərdə tutulub. Hal-hazırda 110/35/10 Ağdam 2 yarımstansiyasında fasiləsiz enerji var. Birbaşa ordan məntəqəyə fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.


metbuat.az.