METBUAT.AZ

Mədəniyyət

Ağır xəstəlikdən əziyyət çəkən Ramiz Məlikin son halı -

2 sen 2023 18:15

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşıb.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, o, fotonun şərh bölümündə ürək sözlərini yazıb.

"Siz mənim üçün çox önəmli birisiniz. Xətriniz əzizdir, Ramiz müəllim. Nə yaxşı ki, sizi tanımışam. Allah sizə uzun ömür versin”,- deyə o qeyd edib.

Xalq artistinin xeyli çəki itirməsi diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, Ramiz Məlik evdində müalicə alır.


metbuat.az.