METBUAT.AZ

Hərbi

Amerikalı generallar İrəvandadır

15 sen 2023 10:34

ABŞ ordusunun iki generalı “Eagle Partner 2023” Ermənistan-Amerika hərbi təlimi çərçivəsində İrəvana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onlar 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və ordunun Avropa və Afrikadakı qərargah rəisinin müavini, briqada generalı Patrik Elisdir.

Xatırladaq ki, ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” birgə təlimləri başlayıb. Təlimlərdə 85 amerikalı ilə 175 erməni hərbçi iştirak edir.


metbuat.az.