21 sen 2023 12:08
Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı hücumlar qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.
"Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb", - deyə Tural Məmmədov əlavə edib.