19 sen 2023 11:04
ABŞ-ın “PBS” kanalına müsahibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparıcı arasında gərginlik yaşanıb.
Metbuat.az xəbər verir ki, aparıcı "Osman Kavala, Sedef Kabaş kimiləri susdurmağa çalışırsınız?" sualına reaksiya verən Ərdoğan deyib:
"Bu sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mənim sözümü kəsməyə haqqınız yoxdur. Mən ədliyyə adından danışa bilmərəm. Sizin qeyd etdiyiniz bu şəxs (Kavala) ) etiraz aksiyalarının maliyyəçisi olub”.