METBUAT.AZ

Hadisə

Arvadını boğub öldürdükdən sonra

14 sen 2023 17:26

Bakıda həyat yoldaşını boğaraq öldürən şəxsə cinayət işi açılıb.

Bu barədə Metbuat.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


metbuat.az.