METBUAT.AZ

Hadisə

Astarada bir neçə kəndi birləşdirən yol çöküb,

19 sen 2023 12:35

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

Metbuat.az xəbər verir ki, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.


metbuat.az.