21 sen 2023 00:13
Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik” – Nazirlikdən bildirilib.