METBUAT.AZ

Dünya

Avropa İttifaqından BMT-yə islahat çağırışı

22 sen 2023 11:01

Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Birləşmiş Millətlər Təşkilatının sistemində islahatlar aparılmalı olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o BMT-də veto hüququna, təmsilçiliyin olmamasına və regional təşkilatların artan nüfuzuna etiraz edib.

Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında deyib: "Bu gün BMT sistemi dalana dirənib və düşmən qüvvələr tərəfindən bloklanıb. Biz çoxtərəfli əməkdaşlığı bərpa etməliyik. BMT Təhlükəsizlik Şurasında veto hüququ, BMT-də təmsilçilik və Avropa İttifaqı kimi regional təşkilatların cəlb edilməsi ilə bağlı üç məsələ üzrə BMT Nizamnaməsində islahatların aparılmalıdır. İndiki formada veto hüququndan sui-istifadə edilir”.


metbuat.az.