METBUAT.AZ

Ölkə

Ayın 17-də XİN-də diplomatik xidmətə qəbulla bağlı

11 sen 2023 15:45

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” da namizədlərə təqdim olunur.

Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana gətirməlidirlər.


metbuat.az.