17 sen 2023 23:10
Region Liqasının 2023/24-ci il mövsümünə aid qeydiyyatı başa çatıb.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.
Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.
Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.
Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.