METBUAT.AZ

Gündəm

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə

22 sen 2023 14:04

Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

Hikmət Hacıyev bildirib ki, müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir: “Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq".


metbuat.az.