27 sen 2023 09:34
Sentyabrın 19-u saat 13:00 radələrindən başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlərdən sonra Qarabağdakı separatçılar ağ bayraq qaldıraraq təslim oldular.
Antiterror tədbirləri Azərbaycanın tələlərinin yerinə yetirilməsindən sonra dayandırıldı. Tələblər isə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılması, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilməsi, yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilməsi ilə bağlı idi.
Həmçinin sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbayan nümayəndələri ilə görüşə razı oldular.
Sentyabrın 21-də baş tutan görüşdə Qarabağdakı erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Bundan sonra isə Azərbaycan xahişləri qəbul edib.
Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. İçərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
Sentyabrın 23-də Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağı daşıyan avtomobilləri Xankəndiyə göndərib.
Sentyabrın 24-də Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.
Sentyabrın 25-də Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.
Sentyabrın 26-da Fövqəladə Hallar Nazirliyi Xankəndi yaxınlığında baş verən partlayışı söndürmək üçün hadisə yerinə gedib və yanğın qısa müddətdə söndürülüb.
Sentyabrın 26-da içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yenidən 30 ton benzin, 34 ton dizel yola salınıb. Elə həmin gün SOCAR-ın daha 2 avtomobili Xankəndiyə yola düşüb.