METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan OPEC kvotasını təxminən 73% istifadə edib

19 sen 2023 10:49

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub.

Metbuat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 72,8 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.


metbuat.az.