27 sen 2023 14:06
Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.
Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, heç bir yaşayış məntəqəsinə zərər vurulmayıb:
"Ermənistan silahlı qüvvələrinin birləşmələr bir gün davam edən lokal aniterror tədbirlərinin nəticəsində tələblərimizi qəbul etməyə məcbur oldular".