METBUAT.AZ

Siyasət

Azərbaycan səfirliyi Odessada səyyar konsulluq xidmətinin göstərilməsini

4 sen 2023 10:04

Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, diplomatik nümayəndəlik səbəbin Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərin artması olduğunu bildirib.

Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.


metbuat.az.