METBUAT.AZ

Siyasət

Azərbaycan Sərsəng su anbarına

29 sen 2023 15:25

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Xatırladaq ki, ordumuzun şanlı qələbəsindən sonra su anbarı nəzarətimizə keçib.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.


metbuat.az.