METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda 13 faydalı qazıntı yatağı

28 sen 2023 15:56

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.

Metbuat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda Daşkəsən rayonunda yerləşən “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) yataqları istifadəyə verilib.

Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8 000 manatdan 15 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118 382 manat olan “Çovdar” keramika xammalı yatağı 121 090 manata istifadəyə verilib.

Hərracın nəticələri ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://clck.ru/35tBqB


metbuat.az.