METBUAT.AZ

Ölkə

Azərbaycanda əhali ötən ay geyimə bu qədər

15 sen 2023 12:10

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547.7 milyon manat vəsait xərclənib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 533.3 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 666 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.


metbuat.az.